"Qalatasaray" "Roma"nın ulduzunu transfer edir
Bizi izləyin

İdman

"Qalatasaray" "Roma"nın ulduzunu transfer edir

“Roma”nın heyətdən uzaqlaşdırdığı Nikolo Zanyolo “Qalatasaray”a keçməyə razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "tvitter"də paylaşım edib. Artıq İstanbul klubu yarımmüdafiəçi ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. İstanbul klubu İtaliya millisinin 23 yaşlı üzvünə görə 22 milyon avro ödəməyə hazırdı.

Türkiyə təmsilçisinin prezidenti xəbəri təsdiqləyib. Hazırda “Roma” ilə danışıqlar getdiyini bildirib.

Qeyd edək ki, “canavarlar” Zanyolonu qış transfer pəncərəsində “Bornmut”a transfer etmək istəsə də, futbolçu İngiltərə təmsilçisinə yollanmaqdan imtina edib. Bundan sonra “Roma” İtaliya millisinin üzvünü əsas heyətdən uzaqlaşdırıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm