1 qolla 2 uğura imza atdı
Bizi izləyin

İdman

1 qolla 2 uğura imza atdı

İngiltərə Premyer Liqasının 22-ci turunda keçirilən "Mançester Siti" ilə oyun "Tottenhem"in hücumçusu Harri Keyn üçün 2 hadisə ilə əlamətdar olub.

Publika.az xəbər verir ki, 15-ci dəqiqədə vurduğu qolla "mahmızlar"a qələbə qazandıran 29 yaşlı forvard London təmsilçisinin ən məhsuldar futbolçusuna çevrilib. "Tottenhem" formasıyla 267-ci dəfə fərqlənən Keyn uzun müddət klub tarixinin bombardiri olan Cimmi Qreyvsi qabaqlaya bilib. İngiltərə millisinin üzvü buna 416 oyunda nail olub.

Harri daha bir uğura imza atıb. O, Premyer Liqa tarixində 200 qol səddini keçən üçüncü futbolçu olub. "Tottenhem"in forvardı Alan Şirır (260 qol) və Ueyn Runi (208) kimi hücumçulardan geri qalır.

Amma Harri bunu 304 matçda reallaşdırıb. Şirer Premyer Liqada 200-cü qolu 306-cı, Runi 462-ci matçda vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm