Zidanın işsiz günləri bitir - Bu klubla anlaşdı
Bizi izləyin

İdman

Zidanın işsiz günləri bitir - Bu klubla anlaşdı

Fransalı Zinəddin Zidan məşqçi karyerasını ölkəsində davam etdirəcək.

Publika.az xəbər verir ki, 50 yaşlı mütəxəssis PSJ-nin "sükanı arxasına" keçəcək. Bu barədə "Todofichajes" məlumat yayıb.

Təcrübəli çalışdırıcının imzalayacağı müqavilənin detalları açıqlanmasa da, görəcəyi ilk iş məlumdur. O, braziliyalı hücumçu Neymarı komandada görmək istəmir.

O, mövsümün sonunda "sambaçı"nı "Barselona"nın vingeri Usman Dembele ilə əvəzləmək fikrindədir.

Qeyd edək ki, Zinəddin Zidanın məşqçi karyerası "Real"la bağlıdır. Fransalı məşqçi 2021-ci ildən işsizdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm