Rusları dəstəkləyən mer sözünü "yedi"
Bizi izləyin

İdman

Rusları dəstəkləyən mer sözünü "yedi"

Bir müddət öncə rusiyalı idmançıların 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılmasını dəstəkləyən Paris meri Ann Hidalqo sözündən dönüb.

Publika.az xəbər verir ki, o, əvvəlcə Rusiyanı təmsil edən atletlərin olimpiadada neytral bayraq altında çıxış etmələrini dəstəklədiyini desə də, indi fikrini dəyişib: “Beynəlxalq Olimpiya Komitəsi qərar verəcək. Mən bunun əleyhinəyəm. Mən neytral bayraq variantını dəstəkləmirəm”

Yanvarın 26-da Hidalqo rusiyalı idmançılar barədə belə demişdi: "Düşünürəm ki, Olimpiya Oyunları idmançıların yeridir. Onlar yarışmaq imkanından məhrum edilməməlidirlər".

Yanvarın 25-də BOK Rusiya və Belarus idmançılarının fərdi yarışlara buraxılması imkanlarını nəzərdən keçirdiyini açıqlayıb. Ukraynada xüsusi əməliyyatın keçirilməsini dəstəkləməyən və antidopinq qaydalarını pozmayan idmançılara beynəlxalq turnirlərdə iştirak etməyə icazə veriləcək.

Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm