65 yaşlı Sumqayıtın 34 yaşlı cəngavərinə mükafat verildi - FOTO
Bizi izləyin

İdman

65 yaşlı Sumqayıtın 34 yaşlı cəngavərinə mükafat verildi - FOTO

65 yaşlı Sumqayıtın 34 yaşlı cəngavərinə mükafat verildi - FOTO

İkiqat paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu İlham Zəkiyevə idman sahəsində qazandığı nailiyyətlərə görə fəxri fərman verilib.

Publika.az xəbər verir ki, Zəkiyevə fəxri fərman Sumqayıtın 65 illik yubiley tədbirində təqdim edilib.

Əfsanəvi idmançımız özü də bu barədə sosial şəbəkədə məlumat verib, yubleydən çəkilmiş şəkilləri paylaşıb.

Paralimpiya komitəsinin vitse-prezidenti Şaiq Həmidov Zəkiyevlə bağlı fikirlərini çatdırıb və onu “65 yaşlı Sumqayıtın 34 yaşlı cəngavəri” adlandırıb:

“65 yaşlı Sumqayıtın 34 yaşlı cəngavərinə eşq olsun. Yadda saxla ki, bu şəhərin şanlı tarixində Sənin də çox əzəmətli izin var. Şəhər səninlə, sən isə şəhərinlə fəxr etməyə layiqdir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm