Neymarın transfer müqaviləsi üzə çıxdı
Bizi izləyin

İdman

Neymarın transfer müqaviləsi üzə çıxdı

Neymarın transfer müqaviləsi üzə çıxdı

"Barselona" sabiq prezidenti Sandro Rossellin istefası ilə nəticələnən Neymarın transferindəki saxtakarlıq iddiaları barədə yeni fakt üzə çıxıb.

Publika.az xəbər verir ki, katalonların forvard üçün keçmiş klubu "Santos"a 17 milyon 100 min avro ödədiyi dəqiqləşib.

Belə ki, “Barsa” rəhbərliyi braziliyalı hücumçunun transferi ilə bağlı FİFA-ya göndərdiyi müqavilədə təzminat qiyməti 17 milyon 100 min avro göstərilib. Hansı ki, bu sənədi məhz Rosell imzalayıb.

Qeyd edək ki, yayda “Barselona” Neymarın transferin üçün 57 milyon 100 min avro ödədiyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm