İdman
AFFA-nın prezidenti millinin futbolçuları ilə görüşdü - FOTO
Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının futbolçuları ilə görüşüb.
Milli assosiasiyadan Publika.az-a verilən məlumata görə, qurumun vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millinin oyunçularını Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında onlara uğurlar arzulayb.
Baş məşqçi Canni De Byazi və komandanın kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı matçlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını vurğulayıblar.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi martın 24-də Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, üç gün sonra isə Solna şəhərindəki “Friends Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...