Dördüncü dəfə yeni baş məşçi gətirdilər
Bizi izləyin

İdman

Dördüncü dəfə yeni baş məşçi gətirdilər

“Elçe”nin yeni baş məşqçisi açıqlanıb.

Publika.az xəbər verir ki, La Liqa təmsilçisinin sükanı Sebastyan Bekkaçeçeyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Sebastyan 2022/2023 mövsümünün gedişində “Elçe”ni çalışdıracaq 4-cü mütəxəssidir. Buna qədər Fransisko Rodriqes, Xose Almiron və Pablo Maçin bu vəzifəni yerinə yetirib.

“Elçe” La Liqada 26 turdan sonra 13 xalla sonuncu – 20-ci sıradadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm