Azərbaycan millisinin Fransa sınağı
Bizi izləyin

İdman

Azərbaycan millisinin Fransa sınağı

Bu gün futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçına çıxacaq.

Publika.az xəbər verir ki, yığma Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyuna saat 20:00-da start veriləcək. Görüş “Fudbal BİH” yutub kanalı vasitəsilə yayımlanacaq.

Azərbaycan yığması V qrupda Fransa ilə yanaşı, Yunanıstan və Bosniya və Herseqovina ilə mübarizə aparacaq.

22 mart

Futzal, Avropa çempionatı
Qrup mərhələsi, ilk tur

20:00 Fransa U-19 – Azərbaycan U-19

Oxumağa davam et
Reklam
Reklam

Gündəm