İdman
Karateçilərimiz Avropada 8 medal qazandılar
.jpg?v1685876966)
Karateçilərimiz İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında 8 medal qazanıb.
Publika.az xəbər verir ki, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. 8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olub.
Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkələr arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.
Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.
Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.

-
Nida Xəbər 15:08
Mövqelərimiz atəşə tutuldu
-
Magazin114:56
“Hazırda çox xoşbəxtəm”
-
Magazin214:44
Serdar Ortaç müjdəni səhnədə verdi
-
İdman14:38
Benzema “Real”dan ayrıldı - Rəsmi açıqlama
-
Sosial12:38
Maaşlarla bağlı SEVİNDİRİCİ XƏBƏR - VİDEO
-
Magazin112:28
Təcili yardımdan şikayət etdi
-
Nida Xəbər 11:54
Paşinyanın Əliyevin arxasında əyləşməsi diqqət çəkdi - VİDEO
-
Hadisə11:00
Boşanmaq istəyən həyat yoldaşını ölümlə hədələdi - VİDEO