İdman
FIFA Almaniya klubuna transfer qadağası qoydu
FIFA Almaniyanın "Köln" komandasına transfer qadağası qoyub.
Publika.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi qarşıdakı iki transfer pəncərəsində yeni oyunçular ala bilməyəcək.
Cəzaya ötən il sloveniyalı hücumçu Yaka Kuberin transferi zamanı qayda pozuntusuna yol verilməsi səbəb olub. İddiaya görə, "keçilər" həmin vaxt 16 yaşlı forvardı azad agent kimi heyətinə qatmaq və Sloveniya "Olimpiya"sına təzminat ödəməmək üçün onu klubu ilə müqaviləni pozmağa təhrik ediblər.
Kuber futboldan 4 ay müddətinə kənarlaşdırılıb, "Köln" isə Lyublyana təmsilçisinə 54 min avro cərimə ödəməlidir.
Almaniya klubu qərardan 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verə bilər.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO