Ayxan Abbasov: "Bir səhv oyunu tam dəyişdi"
Bizi izləyin

İdman

Ayxan Abbasov: "Bir səhv oyunu tam dəyişdi"

Azərbaycan Premyer Liqasında 28-ci turunun "Turan Tovuz" - "Sumqayıt" matçından sonra ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.

Publika.az xəbər verir ki, Abbasov görüşlə bağlı danışıb və jurnalistlərin suallarını da cavablandırıb:

- Üzücü məğlubiyyət oldu. İstəmədiyimiz hallarla üzləşdik. Həm oyun, həm zədə baxımından. Rəqib də bu gün bizdən daha istəkli idi. Qollarımızı vurmuşduq. Daha diqqətli olmalıyıdıq. Bir səhv oyunu tam dəyişdi. Nə qədər dəyişiklik etsək də, rəqib yaxşı müdafiə olundu. Son dövrə çox çətin keçəcək.

- Milli fasilə komandaya necə təsir edib?

- Həmişə demişəm ki, yaxşı da ola bilər, pis də. Görünən odur ki, bizə pis təsir edib. Futbolçular tonusda olmalıdır. Bəzi oyunçularımız millilərdə zədələndi. Veysəl Rzayevi bu gün oynatmaq istəyirdik, amma millidən zədəli qayıdıb.

- 40-cı dəqiqədən sonra komandanız müdafiə olunmağa başladı. Bunun səbəbi nə idi?

- Elə bir taktika yoxdur ki, hücuma keçməyək. Heç bir məşqçi komandadan bunu istəməz. Sadəcə matçda istəmədiyimiz hallar baş verdi. Biz oyuna başqa cür hazırlaşmışdıq. Rəqibin üstünlüyünə görə hücuma keçməkdə çətinlik çəkirdik.

- Ayxan Quseynovu start heyətdə oynatmamağınızın səbəbi nə idi?

- Sırf taktiki gediş idi. Bu gün 3 hücumçu ilə oynayırdıq. Onu ikinci hissədə meydana buraxmağı planlaşdırıdıq. Növbəti görüşlərdə də rotasiyalar olacaq,

- Premyer Liqada qalmağı böyük ölçüdə həll etdiyiniz üçün komandada arxayınlıq yaranıb sanki. Bu haqda nə deyə bilərsiz?

- Hələ heç nəyi təmin etməmişik. 3 xallıq sistemdə rəqiblər xallar qazana bilər. Premyer Liqada qalmışıq deyə arxayınlıq kimi bir düşüncə yoxdur. Rəhbərlik qələbələrə görə mükafatlar ayırır. Hər futbolçu mükafat qazanmaq istəyir.

- Bu gün daha çox məyus görünürsüz. Bu, sırf "Sumqayıt" uduzduğunuz üçün ola bilər?

- "Sumqayıt"la bağlı deyil. Məğlub olmaq pis təsir edir. Növbəti oyunları düşünürəm. Beynimdə çox şey var. Bəzi futbolçularımın bu gün zəif oynaması, yaxşı formada olmaması məni qayğılandırır.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm