İdman
UEFA-nın ikiüzlü siyasəti: Rusiyaya söz verib ki…

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofonov Asiya Konfederasiyasına keçidlə bağlı əvvəllər niyə düşünmədikləri haqda danışıb.
Publika.az xəbər verir ki, baş katib UEFA-nın onlara ümid verdiyini bildirib:
“Ötən ilin sonunda UEFA-dan çıxmaq üçün müraciət etsəydik, onların iyulun 1-də bizi buraxmaqdan başqa çarəsi qalmazdı.
Daha sonra UEFA bizi bu sözlərlə motivasiya etdi: “Həmkarlar, biz sistem yaratmağa və Rusiyanın beynəlxalq yarışlara qayıtmasına kömək etməyə çalışacağıq. Tələsməyin, getməyin”. Biz bununla razılaşdıq və işçi qrupunun yaradılmasını təklif etdik”, – Maksim Mitrofanov bildirib.
Xatırladaq ki, Maksim Mitrofonov Rusiya futbolunun beynəlxalq yarışlara qaytarılması üzrə işçi qrupunun üzvüdür. İşçi qrupuna FİFA və UEFA nümayəndələri də daxildir.

-
Magazin108:15
Ayağını amputasiya etdilər - FOTO
-
Ekologiya07:15
Bu günün hava proqnozu AÇIQLANDI
-
Magazin107:08
Xatirənin qardaşı təcili əməliyyat olundu - FOTO
-
Magazin206:34
Yuri Şatunov ölüb, yoxsa öldürülüb?
-
Magazin106:25
Zümrüd rəisdən şikayətçi oldu
-
Sosial05:15
Mağazalarda satılan qara kişmişlər boyanır? - İDDİA/ VİDEO
-
Hadisə03:13
Həbsdən çıxdı, məhəlləsində öldürdülər - CİNAYƏT İŞİ/ VİDEO
-
Nida Xəbər 31 May 23:52
Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlandı - VİDEO