İdman
4 ildə 400 milyon itki

“Everton” son dörd ildə 400 milyon funt sterlinqdən çox zərər edib.
Publika.az xəbər verir ki, komanda Premyer Liqa tərəfindən sanksiyaya məruz qalmaq riski ilə üzləşib.
Mersisayd klubu tələblərə əməl edərək martın sonuna qədər maliyyə məlumatlarını açıqladı. Klub, həmçinin açıqlamasında bildirib ki, “Everton”un əsas səhmdarı Fərhad Moşiri klubu dəstəkləmək üçün şəxsi vəsaitindən daha 70 milyon funt-sterlinq yatırıb.
Klubu satın alandan bəri Moşirinin şəxsi sərmayəsinin 700 milyon funt sterlinqdən çox olduğu güman edilir ki, bu da onun kluba sadiqliyini nümayiş etdirməklə yanaşı, “Qudison Park”dakı qeyri-müəyyən maliyyə vəziyyətini də vurğulayır.
“Everton” son maliyyə ilində 44,7 milyon funt sterlinq zərər edib. Lakin 2019-cu ildən bəri daha ciddi miqdarda itkilər yığılıb. Eyni zamanda, İngiltərə mətbuatının yazdığına görə, Premyer Liqada klubların 3 il ərzində itkiləri 105 milyon funt-sterlinqdən çox olmamalıdır ki, bu da “Everton”un cəzalandırılmasına səbəb ola bilər.

-
Cənubi Qafqaz16:15
Rus hərbçilər Ermənistanda səngər qazır: toqquşmaya hazırlıq başladı - FOTO
-
Qadın16:00
Şok! 70 yaşlı "lənətlənmiş qadın" əkiz uşaq doğdu - FOTO
-
Dünya15:10
Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam
-
Hadisə14:50
Azərbaycanda polkovnik vəfat etdi - Foto
-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi