“Barselona” “Elçe”ni yenərək “Real Madrid”lə xal fərqini 15-ə çatdırdı
Bizi izləyin

İdman

“Barselona” “Elçe”ni yenərək “Real Madrid”lə xal fərqini 15-ə çatdırdı

“Barselona” İspaniya çempionatının 27-ci turu çərçivəsində səfərdə “Elçe”ni darmadağın edib.

Publika.az xəbər verir ki, Elçedə keçirilən görüş 4:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qalib komandanın heyətində Robert Levandovski dubla imza atıb, Ansu Fati və Ferran Torres hərəyə bir qol vurub.

“Barselona” üçün bu qələbə ardıcıl dördüncü olub, klub 71 xalla La Liqa cədvəlinə başçılıq edir. Beləliklə, Kataloniya təmsilçisinin “Real Madrid”lə xal fərqi 15-ə yüksəlib. “Elçe” isə 13 xalla 20-ci yerdədir.

Günün digər oyununda isə “Sevilya” səfərdə “Kadis”i yenib - 2:0. “Jirona” evdə “Espanyol”dan güclü olub – 2:1, “Atletik” isə "Xetafe"yə qalib gələ bilməyib - 0:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm