İdman
Qadın güləşçilərimiz beynəlxalq turnirdə 10 medal qazanıblar
Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar
arasında ənənəvi beynəlxalq turnir keçirilib.
Publika.az Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir
ki, turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma
komandanın üzvləri ümumilikdə 3 qızıl, 5 gümüş və 2 bürünc medal
qazanıblar.
Güləşçilərimizdən Şəfəq Muradzadə (48 kq), Leyla Qurbanova (51 kq)
və Raqnetta Qurbanzadə (67 kq) bütün rəqiblərindən üstün olaraq
turnirin qızıl medalına yiyələniblər.
Türkan Nəsirova (44 kq), Anna Pavliv (48 kq), Solmaz Həşimzadə (55
kq), Alyona Kolesnik (59 kq) və Elmira Qəmbərova (63 kq) gümüş
medalla kifayətləniblər.
Bürünc medalları isə yığmamıza Şəbnəm Əhmədova (51 kq) və Dərya
Korin (63 kq) qazandırıblar.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!