İdman
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirildi - FOTO

Tovuz şəhər stadionunda Qərb Regional Futbol Federasiyasının (QRFF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan minifutbol turniri keçirilib.
Publika.az-ın məlumatına görə, açılış mərasimindən öncə Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. QRFF-nin mütəxəssisi Rasim Əliyev Heydər Əliyev haqqında iştirakçılara ətraflı məlumat verib.
Yarışda “Qazax”, “Ağstafa”, “Tovuz” və “Şəmkir” komandaları iştirak ediblər. Komandaların hər birinin tərkibində 1 qız futbolçu yer alıb.
Yarımfinalda “Şəmkir” “Tovuz”u 5:3, “Qazax” isə “Ağstafa”nı 3:2 hesabı ilə məğlub edib. Turnirdə üçüncü yeri “Tovuz”a 1:0 hesabı ilə qalib gələn “Ağstafa” komandası tutub.
Finalda “Qazax”la “Şəmkir” üz-üzə gəlib. Həlledici oyunda qazaxlılar 5:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi adını qazanıblar.
“Şəmkir” komandasının qapıçısı Ziyatel Əsədova “Ən yaxşı qapıçı”, hücumçusu Ayxan Səfərov “Ən sərrast oyunçu”, “Qazax” komandasının üzvü Səyyad Pənahov isə “Ən yaxşı oyunçu” nominasiyasının qalibi olublar. Komandaların hər birinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.


.jpg)

-
Hadisə13:03
Sumqayıtda partlayış oldu - Xəsarət alanlar var
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı