Gimnastımız Avropa çempionatında finala yüksəldi
Bizi izləyin

İdman

Gimnastımız Avropa çempionatında finala yüksəldi

Azərbaycan gimnastı Nikita Simonov Antalyada (Türkiyə) keçirilən idman gimnastikası üzrə Avropa çempionatında finala yüksəlib.

Publika.az xəbər verir ki, Nikita Simonov halqalarda hərəkətlər üzrə təsnifatda 14,666 xal toplayaraq 6-cı yeri tutub və finala yüksəlib.

Qeyd edək ki, 11-16 aprel tarixlərində Antalyada idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcir. Yarışlarda Azərbaycanı Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm