İdman
"Qarabağ"ın legioneri PSJ-nin baş məşqçisini "TOPA TUTDU"

"Qarabağ"ın futbolçusu Yassin Benzia müsəlmanlara qarşı irqçilikdə günahlandırılan Fransanın PSJ klubunun baş məşqçisi Kristofer Qaltyeni tənqid edib.
Publika.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bununla bağlı şəxsi instaqram səhifəsində post paylaşıb.
"Doğrudur, yalan tez yayılır. Amma həqiqət gec də olsa, üzə çıxır", - təcrübəli oyunçu yazıb.
"RMC Sport" nəşri hesab edir ki, fransalı futbolçu bununla həmyerlisi olan 57 yaşlı mütəxəssisin müsəlmanlarla bağlı səsləndirdiyi irqçi fikirlərə qarşı çıxıb.
Təcrübəli baş məşqçi "Nitsa"da işləyərkən idman direktoruna deyib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.
Qeyd edək ki, Yassin Benzia 2017/2018 mövsümündə "Lill"də Kristofer Qaltyenin rəhbərliyi altında çıxış edib.

-
Avropa14:30
Fransa Rusiyaya savaş elan edir: Ordunu göndərir
-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI