İdman
“Zirə” “Səbail”i məğlub etdi
.jpg?v1747497004)
Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.
Publika.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Əvvəlcə "Zirə" "Səbail"i qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Bu, "Zirə"nin 5 tur sonra ilk qələbəsi olub. Komanda sonuncu dəfə 24-cü turda "Turan Tovuz"a qalib gəlib. Həmçinin "Zirə" bu matçdan sonra xallarının sayını 41-ə çatdıraraq "Qəbələ"ni geridə qoyub və 4-cü pilləyə yüksəlib.
Digər oyunda isə "Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq. Bu oyun saat 20:00-da start götürəcək.
Qeyd edək ki, turun digər matçları 15 və 16 aprel tarixlərində keçiriləcəklər.
Misli Premyer Liqası, 30-cu tur
14 aprel (cümə)
17:30. "Zirə" - "Səbail" - 3:1
Qollar: Vladislav Kulaç, 52 (1:0), Rüstəm Əhmədzadə, 69 (2:0), Eldar Quliyev, 90+1 (3:0), Qoba Zakpa, 90+7
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
20:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
"Bakcell Arena".
15 aprel (şənbə)
16:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
16 aprel (bazar)
16:00. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
19:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
"Bank Respublika Arena".
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 29 | 24 | 5 | 0 | 74-16 | 77 |
2 | Sabah | 29 | 20 | 5 | 4 | 63-22 | 65 |
3 | Neftçi | 29 | 18 | 6 | 5 | 54-25 | 60 |
4 | Zirə | 30 | 11 | 8 | 11 | 35-40 | 41 |
5 | Qəbələ | 29 | 10 | 9 | 10 | 36-36 | 39 |
6 | Turan Tovuz | 29 | 7 | 8 | 14 | 24-39 | 29 |
7 | Kəpəz | 29 | 5 | 10 | 14 | 29-52 | 25 |
8 | Sumqayıt | 29 | 6 | 6 | 17 | 20-56 | 24 |
9 | Şamaxı | 29 | 4 | 9 | 16 | 24-45 | 21 |
10 | Səbail | 30 | 5 | 6 | 19 | 23-51 | 21 |
Bombardirlər:
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 15 qol
Emin Mahmudov ("Neftçi") - 14 qol

-
Magazin118:48
Zaur və xanımı ölkədən gedir? - ÖZÜ DANIŞDI
-
MDB18:24
Kabab bişirənlərə XƏBƏRDARLIQ - 15 min rubl cərimə gözləyir
-
Gözəllik18:00
Pakistanlı Əli ilə azərbaycanlı Nərgizin sevgi hekayəsi - FOTOLAR
-
Sosial17:00
Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...
-
Hadisə16:15
Elgünün ölümündən əvvəl son VİDEOSU
-
Elm və təhsil14:58
İxtisası deyil, qrupu seçməyin fəsadı: Bu fənni tədris edəcək müəllimlər tapılmayacaq
-
Maraq dünyası14:00
Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var - FOTOLAR
-
Ekologiya13:15
Sabah hava yağmursuz keçəcək