İdman
Burnunu oğurlayıblar, indi də 100 minə qaytarırlar - FOTO

Özlərini “The Noze Club” adlandıran bir qrup naməlum şəxs İsveçin Malmö şəhərinin rəhbərliyinə İsveç millisinin və “Milan”ın hücumçusu Zlatan İbrahimoviçin heykəlinin oğurlanmış burnunu almağı təklif edib.
Publika.az xəbər verir ki, qeyri-adi təklif haqqında “Sydsvenskan” qəzeti yazır.
2019-cu ilin oktyabr ayında doğma şəhəri Malmödə məşhur oyunçunun bürünc heykəlinin açılışı olub. Lakin İbrahimoviç “Hammarbyu” klubunun ortaq sahibi olduqdan sonra “Malmö” azarkeşləri kumirin heykəlinə hücum etməyə başlayıblar.
Belə ki, noyabrın sonunda vandallar onun üstünə zibil torbası qoyub, dekabrda isə heykəlin ayaqlarını kəsməyə cəhd ediblər. 2019-cu ilin sonunda naməlum şəxslər heykəlin burnunu oğurlayıblar və gümüşü boya ilə boyayıblar.
İsveç nəşrinin məlumatına görə, “The Noze Club” İbrahimoviçin heykəlinin burnu üçün 100 min avro tələb edir.

-
Hadisə13:03
Sumqayıtda partlayış oldu - Xəsarət alanlar var
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı