Məşhur italiyalı futbolçu qəzaya düşdü: yaralılar var - FOTO
Bizi izləyin

İdman

Məşhur italiyalı futbolçu qəzaya düşdü: yaralılar var - FOTO

İtaliya millisinin və "Latsio"nun futbolçusu Çiro İmmobile ağır yol qəzasına düşüb.

Publika.az-ın "RaiNews24" saytına istinadən məlumatına görə, hadisə bu gün paytaxt Romada baş verib.

33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə zədələnərək relsdən çıxıb.

Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm