Bu adam başını itirib - “Onu mənə tanıtmayın”
Bizi izləyin

İdman

Bu adam başını itirib - “Onu mənə tanıtmayın”

Bu adam başını itirib - “Onu mənə tanıtmayın”

Türkiyə Superliqasında son 3 turda vurduğu 6 qolla adından söz etdirən Teofanis Gekas "Akhisar Belediyespor" - "Fənərbaxça" matçının da qəhrəmanı olub.

Hücumçu "sarı lacivərdlilər"in qapısına 2 qol vurmaqla qələbənin səbəbkarı olub. Lakin 34 yaşlı hücumçudan bütün futbol mütəxəssisləri razı qalmayıb. Publika.az xəbər verir ki, Türkiyə futbolunun keçmiş ulduzu Sergen Yalçın Gekasın yalnız vətənində və Türkiyədə effektiv oyun göstərə biləcəyini iddia edib:

“Gekas dünyanın hansı çempionatında oynaya bilər? İtaliyada, Almaniyada, İspaniyada, İngiltərədə çıxış edə bilməz. Ya yunan liqasında, ya da bizdə oynayar. Yaxşı futbolçudur, qollar vurur. Amma mənə Gekası tanıtrmayın.

"Fənərbaxça"nın qapısına 2 qol vurdu. Bu da Superliqanın səviyyəsini göstərir. İki ildir ki, bu barədə danışırıq. 35 yaşlı adamı niyə oynadırsız? Mövsümlərarası fasilədə 8 klub onu almaq üçün nələr etdi”.

Əslində Sərgən Yalçın hədəfi düz seçməyib. Karyerası ərzində Avropanın heç bir klubunda oynamağı bacarmayan bu adam Cekası tənqid etməməli, Türkiyə futbolunun bu duruma düşməsinin səbəblərindən danışmalıydı. “Onu niyə oynadırsız” demək əvəzinə, 35 yaşlı yunanın Türkiyədə at oynatmasının səbəbləri araşdırılmalıdır. Hər halda, Türkiyə futbolunu bu duruma salan Cekas deyil.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm