Belə zarafatın belə də cavabı olar – FOTO
Bizi izləyin

İdman

Belə zarafatın belə də cavabı olar – FOTO

Belə zarafatın belə də cavabı olar – FOTO

Son NBA çempionu "San Antonio"nun baş məşqçisi Qrek Popoviç yetirməsi ilə zarafat etmək qərarına gəlib.

O, yeni mövsümə hazırlıqlar zamanı hazırda komandadan ayrı olan və Avropa turu zamanı "Spörs"ə qoşulacaq Boris Diaonun artıq çəkisi ilə bağlı duruma münasibət bildirib. Pubika.az xəbər verir ki, baş məşqçi sosial şəbəkədə belə yazıb:

"Boris Pina kokteyllərindən istifadə edirdi. Oyunçularla mərc etmişik. Diaonun çəkisini tapmağa çalışırıq. 125 kq-dan başlamaq lazımdı".

Fransız basketbolçu məşqçinin zarafatına elə zarafatla da cavab verib:

"Narahat olma, Pop. Cəmi 1 qədəh şərab və gündəlik məşqlər kifayət edər".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm