“Barselona”-“Real” finalına doğru
Bizi izləyin

İdman

“Barselona”-“Real” finalına doğru

“Barselona”-“Real” finalına doğru

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Publika.az xəbər verir ki, hər iki görüş dünən axşam baş tutub.

İlk oyun Madriddə keçirilib. Burada yerli "Real" klubu "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) komandası ilə qarşılaşıb. Madrid derbisi "Real"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinal mərhələsinin digər oyununda "Barselona" və "Real Sosyedad" komandaları üz-üzə gəlib. "Nou Kamp" stadionunda keçirilən oyun 2:0 hesabı Kataloniya təmsilçisinin xeyrinə başa çatıb.

5 fevral

İspaniya kuboku, yarımfinal mərhələsi

23:00. "Real" (Madrid) - "Atletiko" (Madrid) - 3:0

Qollar: Pepe, 17 (1:0), Xese Rodriqez, 57 (2:0), Miranda, 73-avtoqol (3:0)

6 fevral

01:00. "Barselona" - "Real Sosyedad" - 2:0

Qollar: Buskets, 44 (1:0), Zubikarai, 60-avtoqol (2:0)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm