"Qəbələ" Sumqayıtda əzmkar qələbə qazandı
Bizi izləyin

İdman

"Qəbələ" Sumqayıtda əzmkar qələbə qazandı

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

Publika.az xəbər verir ki, bağlanış oyununda "Qəbələ" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş "qırmızı qaralar"ın əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

Qolların hamısı ikinci hissədə vurulub. Hesabı 58-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli açıb. 5 dəqiqə sonra Kərim Abubakar komandasının üstünlüyü 2 topa çatdırıb. 74-cü dəqiqədə qonaqlardan Omar Hani buraxılan qollardan birinin əvəzini çıxıb. 78-ci dəqiqədə Emin Səfərov tarazlığı bərpa edib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Ramon Maçado qoyub.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Qəbələ" 4-cü pillədəki mövqeyini möhkəmlədib. 25 xalı olan "Sumqayıt" isə 8-ci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki üç matçlarında "Şamaxı" "Kəpəz"lə, "Neftçi" "Səbail"lə 1:1, "Qarabağ" "Zirə" ilə 2:2 hesablı heç-heçə edib, "Sabah" isə səfərdə "Turan Tovuz"u iki cavabsız qolla üstələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm