Komandası uduzdu, Ronaldo hay-küy saldı - VİDEO
Bizi izləyin

İdman

Komandası uduzdu, Ronaldo hay-küy saldı - VİDEO

Kriştiano Ronaldonun üzvü olduğu "Əl-Nəsr" uğursuz çıxışını davam etdirir.

Publika.az xəbər verir ki, "sarı-göylər" Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında “Əl-Vahda”ya 1:0 hesabı ilə məğlub olub. Ər-Riyad təmsilçisinin çempionatda 13-cü sırada qərarlaşan komandaya uduzması birmənalı qarşılanmayıb.

Komandanın lideri Kriştiano bu oyunda da diqqət mərkəzində olub. O, birinci hissədən sonra soyunub-geyinmə otağına narazı şəkildə yollanıb. Başını bulayan portuqaliyalı superulduz üzünü məşqçi və texniki heyətinin yer aldığı ehtiyat oyunçularına skamyasına tərəf çevirərək qəzəblə qışqırmağa başlayıb. O, nəyəsə sərt şəkildə etiraz edib.

Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"ə transfer olunduqdan sonra komandası Kral Kuboku ilə yanaşı, Superkubokda da uğursuz olub. Bununla belə, "sarı-göylər"in müəyyən qədər çempionluq şansları var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm