Murad Musayev: "Qarabağ” “Zenit”lə müqayisə olunacaq komandadır
Bizi izləyin

İdman

Murad Musayev: "Qarabağ” “Zenit”lə müqayisə olunacaq komandadır

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Moskovski komsomolets" nəşrinə müsahibə verib.

Publika.az xəbər verir ki, mütəxəssis Premyer Liqa təmsilçisini seçmə səbəbini belə izah edib:

"Sabah"da işə başlamağım üçün motivasiyam nə idi? Yaxşı sualdır. O vaxt çox insan qərarımı başa düşmədi. "Krasnodar"dan ayrıldıqdan sonra işimə fasilə verdim. Bir çox tanınmış məşqçilərimizlə danışdım və məsləhət etdilər ki, qışa qədər gözləyim. Dedilər ki, "Krasnodar"la yaxşı iş gördüm, səbr et, təkliflərin olacaq". Bunu özüm də hiss edirdim.

Sonra "Sabah"dan təklif gəldi. Məni Bakıya dəvət etdilər. Klubun İdarə Heyətinin üzvləri ilə görüşdüm. Onları, Bakını çox bəyəndim. Lakin bura gələndə heç kimlə məsləhətləşmədim. Məsləhətləşsəydim, fikrimdən daşındırmağa çalışacaqdılar. Bunun yerinə "Sabah"la razılaşmağı qərara aldım. Məşqçilər heyətimlə Bakıya gəlməyim beş gün çəkdi. Rusiya futbolunda çoxlu söz-söhbətlər var idi və kənarda işləmək istəyirdim. "Sabah"ın yaxşı şəraiti var idi".



Musayev Azərbaycana gəldiyi üçün şad olduğunu bildirib. O, klub rəhbərliyinin verdiyi vədlərə əməl etdiyini də qeyd edib:

"Sabah" mənim üçün yeni çağırış idi. Komanda son sıralarda idi və düşünürdüm ki, bunu dəyişə bilərəmmi? Rəhbərlik məni əmin etdi ki, yeni transferlər olacaq, maliyyə artacaq. İnandım və bu gün də verdikləri vədlərə əməl edirlər. Klub dayanmadan inkişaf edir. Azərbaycana gəldiyim üçün şadam. Artıq mövsüm bitməmişəm medalçılar sırasında olmağı təmin etmişik".

Azərbaycan Premyer Liqası barədə danışan rusiyalı mütəxəssis çempionatın gedişi barədə ətraflı məlumat verib:

"Bütün komandalar arasında “Qarabağ” fərqlənir. Ardıcıl səkkiz ildir (“Qarabağ” ardıcıl 9 il avrokubokların qrupunda oynayıb - red.) avrokubokların qruplarında oynayır. Son iki ildə komanda əla nəticələr göstərərək Avropada yaz mövsümünə adlayır. Digər top klub “Neftçi”dir. Böyük ənənələrə və yaxşı imkanlara malik klubdur. Daha bir neçə kifayət qədər güclü, təxminən eyni səviyyəli komandalar mövcuddur - "Sabah", "Qəbələ", "Zirə"".

Murad Musayev bildirib ki, bu mövsüm "Qarabağ"ın yenidən çempion olacağı ehtimalı var: “Neftçi” ilə ikinci və ya üçüncü yer üçün oynayacağıq. Eyni zamanda, istənilən halda “Sabah” növbəti mövsümdən avrokuboklarda çıxış edəcək. Bu, Azərbaycanın yüksək futbol liqasının hekayəsidir".

Rusiyalı mütəxəssis həmyerlilərinə Ağdam təmsilçisi barədə də danışıb. O, Qurban Qurbanovun komandasını "Zenit"lə müqayisə edib. Eyni zamanda, Premyer Liqada region klublarının sayının artdığını vurğulayıb:

"Qarabağ” səviyyə baxımından az-çox “Zenit”lə müqayisə olunacaq komandadır. Onlar yalnız hücum və topa nəzarət haqda düşür. Yəni müasir futbol.

Mən bura gələndə, demək olar ki, “Qəbələ”dən başqa bütün komandalar Bakıda yerləşirdi. İndi artıq “Şamaxı”, “Turan”, “Kəpəz” də var. Deyə bilərik ki, komandaların yarısı bölgələrdədir. Orada futbolu sevirlər. Oyunlara çoxlu tamaşaçı gəlir. İnsanlar üçün bu, bayramdır. Nə qədər çox komanda olsa, çempionatın özü də bir o qədər maraqlı olar. “Qarabağ”la ev oyunumuza on mindən çox azarkeş gəlmişdi. "Qarabağ"ın avrokubokdakı ev oyunlarında isə azarkeş sayı 30 minə çatır. Onların “Qalatasaray”la xeyriyyə oyununa 55 mindən çox tamaşaçı gəlmişdi. İnsanlar futbolu sevirlər, amma çempionat oyunlarına gedənlərin sayı Rusiyadan qat-qat aşağıdır".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm