İdman
"Yuventus"un əfsanəsinin qızı "düşmən"in futbolçusu ilə evlənir - FOTOLAR

Pierluiçi Kasiraqi "Yuventus"un əfsanəvi futbolçularından biridir. O, 4 mövsüm "qoca sinyora"da çıxış edib. 2 dəfə UEFA Kubokunu və 1 dəfə isə İtaliya Kubokunu qazanıb.
İtaliya millisi ilə DÇ-1994-ün gümüş mükafatçısı olan Kasiraqi daha sonra "Latsio"ya keçib. İtalyan hücumçu karyerasını İngiltərədə - "Çelsi"nin heyətində başa vurub.
Pierluiçinin Kyara adlı qızı var. 22 yaşındadır, Katolik Universitetində oxuyur və model kimi çalışır. O, bu günlərdə İtaliya mətbuatının gündəmindədir.
Buna səbəb onun "Yuventus"un əzəli rəqibi "İnter"də çıxış edən Xoakin Korrea ilə münasibətdə olmasıdır. Onların münasibəti argentinalı futbolçunun 2022-ci ildə - Milan təmsilçisinə "Sampdoriya"dan 23,6 milyon avroya transfer edildikdən sonra başlayıb.
Cütlük cəmi bir il görüşdükdən sonra sonra evlənmək qərarına gəliblər. Toyun Montsada təşkil edilməsi planlaşdırılır. Maraqlıdır ki, Kyaranın atası Pierluiçi Kasiraqi peşəkar futboluna karyerasına məhz bu şəhərdə başlayıb.
Heybət

-
Avropa14:30
Fransa Rusiyaya savaş elan edir: Ordunu göndərir
-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI