Xanımlar “İdman Azərbaycan”ı biabır elədi: “Ayıb olsun sizə!”
Bizi izləyin

İdman

Xanımlar “İdman Azərbaycan”ı biabır elədi: “Ayıb olsun sizə!”

Xanımlar “İdman Azərbaycan”ı biabır elədi: “Ayıb olsun sizə!”

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında iştirak edən Azərbaycan millisi çətin qrupdan çıxaraq növbəti mərhələyə adladı.

Komanda idman növlərində təkcə voleybolla dünya çempionatı kimi nüfuzlu turnirdə təmsil olunmağımıza baxmayaraq, “İdman Azərbaycan” telekanalı turnirin oyunlarını yayımlamadı. Təbii ki, belə durum idman həvəskarlarını narazı saldı.

Ölkədə idmanın təbliğatını aparmaq üçün yaradılan, illik büdcəsi 10 milyon manat olan idman telekanalının Azərbaycan millisinin dünyanın ən mötəbər yarışında iştirakına biganə münasibət göstərməsi olduqca qəribədir. Bu, onu göstərir ki, “İdman Azərbaycan” telekanalında idarəetmə sistemi peşəkarlara həvalə olunmayıb.

Publika.az xəbər verir ki, telekanalın dünya çempionatına biganəliyi Azərbaycan millisinin üzvlərini də hövsələdən çıxardıb. Azərbaycanın voleybol millisinin üzvləri sosial şəbəkədə “İdman Azərbaycan”ı biabır ediblər.

“Facebook”da millinin həkimi Aynurə Qafarovanın paylaşdığı statusda inciklik aşkar hiss olunur:

“Bu gün Azərbaycan Kubaya qalib gəldi və biz DÇ-nin ən çətin qrupundan çıxdıq. Ancaq bizi autsayder sayırdılar. Hətta “İdman TV” də bizə inanmadı və turnirin yayın paketini almadı. Ancaq biz mundialın növbəti mərhələsinə yüksəldik. “Qarabağ”a Milanda, yığmamıza isə Bari və Triestdə uğurlar arzulayıram”.

Ayşən Abduləzimovanın statusundan da narazılıq sezilir:

“Çoxları bizə inanmasa da, qarşımıza qoyduğumuz məqsədə çatdıq”.

Maraqlıdır ki, Ayşənin statusuna Kseniya Kovalyova azərbaycan dilində şərh yazıb:

“Qoy inanmasınlar, biz inşallah, daha çox şey edəcəyik”.

Ayşən məsələ ilə bağlı daha bir status paylaşıb və bu dəfə “İdman Azərbaycan”ı və onun rəhbərliyini biabır edib:

“Halal olsun sizə, “İdman TV”. Azərbaycanda komanda idman növlərindən yeganə inkişaf edəninin voleybol olduğunu və millimizin hal-hazırda DÇ-də oynadığını bildiyiniz halda, bizim oyunları yayımlamadız.

Əlbəttə, öküzlərin döyüşünü, ən güclü insan yarışlarını, qaydasız döyüşləri və sair Azərbaycana heç dəxli olmayan idman növlərini yayımlamaq daha mənalı və lazımdı. Ayıb olsun sizə!”

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm