İdman
"Əl-Nəsr"də növbəti qalmaqal: Ronaldoyla bağlı açıqlama niyə təkzib olundu?

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”lə bağl qalmaqallar davam edir.
Publika.az xəbər verir ki, komandanın uğursuz çıxış etdiyi vaxtda "sarı-göylər"in direktorlar şurasının sədri Musalli Əl-Müəmmar onun transferini səhv adlandırıb. Bu açıqlama dünya mətbuatının gündəminə düşüb. Xüsusilə İspaniyanın tanınmış nəşrləri Ər-Riyad təmsilçisinin rəhbərinin sözlərini dərc ediblər.
“Həyatımda cəmi iki dəfə aldadılmışam. İlk dəfə üç kabab sifariş verəndə ikisini gətirmədilər. İkincisi isə Kriştiano Ronaldo ilə müqavilə imzalanması idi" - deyə Musalli Əl-Müəmmar deyib. Ancaq sonradan məlum olub ki, bu fikir uydurmadır. "Mundo Deportivo" ilə əməkdaşlıq edən müxbir Əşrəf Ben-Ayad bildirib ki, “Əl-Nəsr”in direktorlar şurasının rəhbəri belə açıqlama verməyib, bu uydurmadır. .
"Əl-Nəsr" də yayımlanan məlumatı təkzib edərək, klub rəhbərinin son vaxtlarda müsahibə vermədiyini qeyd edib:
"ArabiaNews50"-yə istinadən İspaniya mətbuatında yer alan bəyanatlar yalandır, nə formaca, nə də mahiyyətcə reallığa uyğun gəlmir. Səudiyyə Ərəbistanında və ya regionda "ArabiaNews50" media orqanı yoxdur. Yəqin ki, bəzi nəşrlər kiminsə zarafatını real bəyanat kimi qəbul ediblər” - deyə “ Əl-Nəsr”in mətbuat xidməti vurğulayıb.
Heybət

-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq
-
Dünya11:48
Rusiyanın NATO-ya hücum edəcəyi tarix açıqlandı - Bu ölkələr təhlükədədir
-
Rəsmi xronika11:14
İlham Əliyev sərəncam imzaladı