Rusiya və İran da “gələcəyini” Hövsanda axtaracaq
Bizi izləyin

İdman

Rusiya və İran da “gələcəyini” Hövsanda axtaracaq

Rusiya və İran da “gələcəyini” Hövsanda axtaracaq

Oktyabrın 2-dən Bakıda "Gələcəyin Olimpiyaçıları" açıq Respublika turniri start götürəcək.

Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışda sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparacaq. Publika.az xəbər verir ki, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, İran və Rusiya güləşçiləri də iştirak edəcək.

Turnirin məqsədi ölkəmizdə sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıları yığma komandaya cəlb etmək, həmçinin qonşu ölkələrin idmançıları ilə dostluq əlaqələrini möhkəmlətməkdən ibarətdir.

Turnirdə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələrində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr iştirak edə bilər. 2002-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışa buraxılacaq.

Proqrama əsasən, oktyabrın 2-də sərbəst güləşçilər, 3-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm