42 il əvvəlki hərəkət belə təkrarlandı – VİDEO
Bizi izləyin

İdman

42 il əvvəlki hərəkət belə təkrarlandı – VİDEO

42 il əvvəlki hərəkət belə təkrarlandı – VİDEO

Basketbol üzrə Rusiya kubokunda maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, hadisə "Dinamo" (Çelyabinsk) - "Samara-2" basketbol komandaları arasındakı görüşdə baş verib. Matçın ilk hissəsinin sonuna 1 saniyə qalmış Çelyabinsk təmsilçisinin basketbolçuları topu səbətə göndərə biliblər.

Dmitri Rıtenkonun Aleksey Perçevə verdiyi ötürmə 1972-ci il Münhen Olimpiadasının finalında SSRİ yığmasının üzvü İvan Yedeşkonun Aleksandr Belova verdiyi ötürməyə çox bənzəyib. Mətbuat bu ötürməni “42 il öncəki hərəkətin təkrarı” kimi xarakterizə edib.

Rusiya KİV-i hər iki hadisənin görüntülərini toplayaraq, video rolik hazırlayıb. Həmin görüntünü təqdim edirik:

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm