Mustafa Dənizli bu gün qayıdır
Bizi izləyin

İdman

Mustafa Dənizli bu gün qayıdır

Mustafa Dənizli bu gün qayıdır

Azərbaycan Premyer Liqasının XIX turunun "Qarabağ"la keçirilən matçından əvvəl səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilən "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin sonradan Türkiyəyə yollanması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis artıq müalicəsini başa vurub və bu gün Bakıya qayıdır.

Lakin o, komandasının bugünkü məşqinə rəhbərlik edə bilməyəcək. Sabahdan etibarən isə onun komandasının başına keçəcəyi gözlənilir.

Qeyd edək ki, Mustafa Dənizli yanvarın 31-də Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilmişdi. Ertəsi gün isə Dənizli Türkiyəyə aparılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm