"Şaxtyor" ona görə "Sabah"dan 5 milyon tələb edir? - AÇIQLAMA
Bizi izləyin

İdman

"Şaxtyor" ona görə "Sabah"dan 5 milyon tələb edir? - AÇIQLAMA

"Şaxtyor"la müqaviləm var. Hər şey onların verəcəyi qərardan asılı olacaq. Mən Azərbaycanı və "Sabah"ı bəyənirəm. Burada oynamaq mənə xoşdur".

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Sabah"ın futbolçusu Aleksey Kaşuk deyib. Müqavilə ilə Ukraynanın "Şaxtyor" klubuna məxsus olan yarımmüdafiəçi gələcək karyerası ilə bağlı qərarı Donetsk təmsilçisinin verəcəyini bildirib:

"Bu barədə indi bir söz deyə bilməyəcəm. Təbii ki, "Şaxtyor" rəhbərliyi ilə söhbət edəcəyik. Gələcək karyeramın uğurlu olması adına addımlar atacağıq. Necə olacağını zaman göstərəcək. Komanda gələcək mövsüm avrokuboklarda Azərbaycanı təmsil edəcək. Bura qayıtmağım baş tutmasa, "Sabah"a uğurlar arzulayacam, onlara azarkeşlik edəcəm. Amma qayıtmaq alınsa, çox şad olacam".

22 yaşlı futbolçu Ukrayna təmsilçisinin ona görə "Sabah"dan 5 milyon avro tələb etməsi ilə bağlı iddialara da münasibət bildirib:

"Bu barədə məlumatım yoxdur. Kimsə beş, kimsə bir milyon avro yazar. İstənilən halda, hər şey "Şaxtyor"un verəcəyi qərardan asılıdır. Kluba rəsmi təklif göndəriləcəksə, onlar baxacaqlar. "Şaxtyor"un məni hansı qiymətə satmaq istədiyinə gəldikdə, bu onların biləcəyi məsələdir".

Yarımmüdafiəçi Ukrayna millisi ilə 21 yaşadək futbolçuların Avropa çempionatında iştirak ehtimalından da danışıb. Kaşuk yayda keçiriləcək yarışın onu yormayacağını bildirib:

"Məşq etməkdənsə, daha çox oyun oynamaq həmişə xoşdur. Ukraynanı təmsil etmək mənim üçün böyük fəxr olacaq".

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm