"Real"a transfer edilən gənc ulduz mövsümün ən yaxşısı seçildi
Bizi izləyin

İdman

"Real"a transfer edilən gənc ulduz mövsümün ən yaxşısı seçildi

Cud Bellinqem Almaniya Bundesliqasında 2022-2023-cü illər mövsümünün ən yaxşı futbolçusu sayılıb.

Publika.az xəbər verir ki, Bundesliqanın rəsmi saytı bu barədə məlumat yayıb. 19 yaşlı futbolçu bu mövsüm Dortmund “Borussiya”sının heyətində çempionatda 31 oyunda meydana çıxb. O, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

Dortmund klubu “Bayern”lə eyni miqdarda xal toplasa da, əlavə göstəricilərə görə, çempion ola bilməyib və 2-ci yeri tutub.

Almaniya mətbuatının məlumatına görə, Bellinqem komanda yoldaşları ilə vidalaşıb. Gələn həftə onun “Real”a transferi baş tutmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm