Onu "Barselona"ya gətirən sevgilisindən ayrıldı, transferə çıxarıldı - FOTOLAR
Bizi izləyin

İdman

Onu "Barselona"ya gətirən sevgilisindən ayrıldı, transferə çıxarıldı - FOTOLAR

"Barselona"nın futbolçusu Ferran Torres sevgilisi Sira Martinezdən ayrılıb.

Publika.az xəbər verir ki, Luis Enrikenin qızı olan Siranın münasibətə son qoyduğu iddia edilir. Bu barədə "Culemania" məlumat yayıb.

Bildirilir ki, bir müddətdir cütlük arasında münasibətlər pisləşib. Hətta onlar bir neçə ay əvvəl də ayrılıblar. Ancaq bu, qısa çəkib. 2021-ci ildən bir arada olan cütlük bu dəfə münasibətlərinə birdəfəlik son qoymaq qərarına gəliblər.

Maraqlı məqam odur ki, Sira Ferranın karyerasına ciddi şəkildə təsir göstərib. Məhz Enrikenin qızının istəyi ilə 23 yaşlı futbolçu "Mançester Siti"dən ayrılıb. Sevgilisinin Barselonaya aşiq olması Torresin şəhərin eyniadlı təmsilçisinə transfer ilə nəticələnib.

Ancaq "Barsa" İspaniya millisinin üzvünü satmağı düşünür. Adı artıq transfer siyahısında olan futbolçunun çıxışı baş məşqçi Xavini qane etmir. Bununla belə, vinger klubda qalmaq niyyətindədir.

Qeyd edək ki, Ferran Torres bu mövsüm "Barsa"da 43 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm