Ulduzlar final öncəsi toya yığışdılar - FOTOLAR
Bizi izləyin

İdman

Ulduzlar final öncəsi toya yığışdılar - FOTOLAR

"İnter" iyunun 10-da İstanbulda Çempionlar Liqasının finalı çərçivəsində "Mançester Siti" ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, hər kəs finalı düşündüyü vaxtda Milan təmsilçisinin düşərgəsində toy olub. Komandanın liderlərindən olan Lautaro Martinez subaylıq həyatına son qoymaq qərarına gəlib. Argentina millisinin üzvü həmyerlisi, model və televiziya ulduzu Aqustina Qandolfo ilə evlənib.

Mərasimə Lauataronun Argentina millisi və "İnter"dəki bütün komanda yoldaşları qatılıb.

Aqustinaya gəlincə, 1995-ci ildə anadan olub. Futbolçu ilə sevgi macəraları 2018-ci ildə başlayıb. 3 il sonra cütlüyün Nina adlı qızı dünyaya gəlib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm