Portuqaliyalı “Qarabağ”ı hədələdi
Bizi izləyin

İdman

Portuqaliyalı “Qarabağ”ı hədələdi

Portuqaliyalı “Qarabağ”ı hədələdi

Ukrayna "Dnepr"inin təcrübəli futbolçusu Brunu Qama Avropa Liqasının qrup mərhələsindəki "Sent-Etyen" (0:0) matçından sonra yerli mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, səfərdəki qolsuz heç-heçəni yaxşı nəticə hesab edən portuqaliyalı yarımüdafiəçi bu matçın heyfini "Qarabağ"dan çıxacaqlarını deyib:

"Çətin oyun oldu. Rəqibin də qol epizodları oldu, bizim də. Amma oyun qolsuz heç-heçə ilə başa çatdı. Səfərdə oynamaq çətindi. Ona görə də bu nəticəni yaxşı hesab etmək olar. Amma növbəti oyunu evdə keçirəcəyik. Çalışacağıq ki, bu xal itkisinin heyfini növbəti matçda çıxaq və 3 xal qazanaq".

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" qrupdakı növbəti matçında "Dnepr"lə qarşılaşacaq. Bu görüş oktyabrın 23-də Ukraynanın Kiyev şəhərində baş tutacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm