İdman
Bakıda keçirilən dünya çempionatında üçüncü günün qalibləri

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
Publika.az xəbər verir ki, döyüşlərin yekununa əsasən yarışda daha üç çəki dərəcəsində mükafatçılar bəlli olub.
Kişilər arasında 80 kq çəki dərəcəsində finalda Simone Alessio (İtaliya) Karl Alan Nikolasla (ABŞ) üz-üzə gəlib. İtaliyalı taekvondoçu qalib gələrək qızıl medala yiyələnib. Nikolas ikinci yerdə qərarlaşdığı halda, Seif Eyissa (Misir) ilə Migel Treyos (Kolumbiya) bürünc medala layiq görülüblər
87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub.
Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (Dünya Taekvondosu) və Arian Salimi (İran) qazanıb.
Qadın taekvondoçuların 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias (İspaniya) tutublar. Bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

-
Maraq dünyası19:51
Mask türkcə bilən işçi axtarır - Maaşı...
-
Nida Xəbər 19:26
Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH