Şeydayev "Barselona"nın əfsanəsi ilə komanda yoldaşı olacaq?
Bizi izləyin

İdman

Şeydayev "Barselona"nın əfsanəsi ilə komanda yoldaşı olacaq?

"Qarabağ"dan ayrılan Ramil Şeydayev "Barselona"nın sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə anlaşan Tailand təmsilçisi "Buriram Yunayted" 39 yaşlı yarımmüdafiəçini də heyətinə qatmaq istəyir. Klubun direktoru Nyuin Çidçob "harianhaluan.com" saytına açıqlamasında "Vissel Kobe" ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.

İspaniya millisi ilə Dünya və 2 qat Avropa çempionu olan İniesta hazırda azad agent statusuna malikdir. O, özünə daha çox oyun keçirəcəyi komanda axtarır.

Ramil Şeydayevin bir neçə gün sonra Tailanda yollanaraq "Buriram Yunayted"lə 2 illik müqavilə bağlayacağı gözlənilir. Onun yeni komandasındakı illik məvacibinin 750 min dollar olacağı gözlənilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm