Ulduz futbolçu vitse-prezidenti olacaq?
Bizi izləyin

İdman

Ulduz futbolçu vitse-prezidenti olacaq?

İngiltərənin "Kuins Park" klubunun müdafiəçisi Rio Ferdinand FİFA-nın vitse-prezidentliyinə namizəd göstərilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Publika.az xəbər verir ki, o Böyük Britaniyadan namizəd olmayacağını açıqlayıb:

"Yozef Blatter mənə zəng vurmayıb. Hazırda bunun vaxtı olduğunu düşünmürəm. "Kvins Park" üçün oynayıram və komandanı Premyer Liqada saxlamağa çalışıram. Sonra nə olacağını bilmirəm. Bu variantı müzakirə edə bilərəm".

Hazırda ali qurumun vitse-prezidenlik postunu Cim Boys tutur. O, gələn il postunu tərk edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm