Velosiped yarışının qalibləri bəlli oldu
Bizi izləyin

İdman

Velosiped yarışının qalibləri bəlli oldu

Oktyabrın 7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində 100-ə yaxın velosipedçinin iştirak etdiyi çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, Gənclər və İdman nazirliyi və Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışa ilk dəfə olaraq Bakı və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançıları da qatılıb. Açıq çempionatda Gürcüstan yığma komandasının 10 üzvü də medallar uğrunda mübarizə aparıb.

Velosipedçilər dörd gün ərzində üç kateqoriya üzrə fərdi və qrup ötüşməsi mərhələlərində yarışıblar. Hər üç kateqoriyada çempionatın birincisi Azərbaycan idmançıları olub. Belə ki, Xankişi İskəndərov U-15, Kərim Şirəliyev U-17 kateqoriyası üzrə qalib adını qazanıblar. ELİT kateqoriyada isə Elgün Əlizadə ən yüksək nəticə göstərib.

Qaliblərə medallar və diplomlar təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm