İdman
Azərbaycan kuboku yarışları başlayıb

Oktyabrın 7-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə Azərbaycan kuboku yarışları başlayıb. Publika.az xəbər verir ki, turnirdə 100-ə yaxın idmançı gücünü sınayır.
“Baku Fires” klubunun üzvü, dünya və Avropa çempionu Albert Səlimov ilk dəfə ölkə miqyaslı yarışda mübarizə aparacaq. Bundan başqa, Rusiya millisinin heyətində gənclər arasında Avropa çempionu olmuş, artıq 3 ildir “Baku Fires”in üzvü kimi WSB liqasında çıxış edən Məhəmməd Qurbanov (56 kq) da turnirdə nəyə qadir olduğunu göstərəcək.
“Baku Fires” klubunun üzvləri Məhəmməd İbiyev (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq), Jaba Xositaşvili (81 kq), Arslanbek Mahmudov və Hacı Murtuəliyev də (hər ikisi 91 kq-dan yuxarı) ilk dəfə Azərbaycan kubokunda yarışacaqlar. London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov yenidən 91 kiloqram çəki dərəcəsində çıxış edəcək. Milli komandamızın üzvünün Abdulqadir Abdullayevlə görüşü böyük maraqla gözlənilir.
Azərbaycan kubokunda Avropa çempionu Salman Əlizadə (49 kq), qitə çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq), Soltan Migitinov (81 kq) kimi aparıcı boksçular da iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyası yarışların ədalətli keçməsi üçün bu dəfə bütün hakimləri xaricdən dəvət edib. Turnirin supervayzeri isə almaniyalı Helmut Ranze olacaq. Azərbaycan kuboku həm də oktyabrın 24-də keçiriləcək APB turnirinə test xarakteri daşıyır. Yarışın qalibləri milli komandaya qəbul ediləcək.

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq