“Barselona” La Liqada iştirak edə bilməz
Bizi izləyin

İdman

“Barselona” La Liqada iştirak edə bilməz

"Barselona" və "Espanyol" klubları La Liqadan uzaqlaşdırıla bilər.

Publika.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Xavyer Tebas açıqlamasında bildirib. Qurumun rəhbəri qeyd edib ki, Kataloniya müstəqilliyini elan etsə, adıçəkilən klublar La Liqada çıxış edə bilməyəcək:

"Kataloniya öz müstəqilliyini elan edərsə, "Barselona" və "Espanyol" La Liqada iştirak edə bilməz. Qaydalara görə, İspaniyanın xaricindən La Liqada oynamağa yalnız bir ölkənin komandaları dəvət edilə bilər. Bu da Andorradır. Başqa komandaların çempionatda çıxış etməsi yalnız dövlətlərin anlaşması və qanun dəyişikliyindən sonra gerçəkləşə bilər. Etiraf edim ki, heç özüm də "Barselona" və Messinin olmadığı bir La Liqa xəyal edə bilmirəm”.

Xatırladaq ki, Kataloniyada noyabrın 9-a təyin olunan referendum Konsitutsiya Məhkəməsi tərəfindən dayandırılıb. Lakin Kataloniya rəhbərliyi referendumun keçirilməsi üçün israrlıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm