İttiham: "Bağışlayın, Səddam Hüseynin ailəsi istəmir ki…”
Bizi izləyin

İdman

İttiham: "Bağışlayın, Səddam Hüseynin ailəsi istəmir ki…”

"Lids"in keçmiş müdafiəçisi Alf-İnqe Holand İrlandiya futbolunun əfsanəsi Roy Kini ittiham edib.

1997-ci ildə Roy Kin müdafiəçi Holandın ayağını qırmışdı. Kin futbolçunun simulyasiyaya əl atdığını iddia edərək, bu kobudluğa yol verdiyini bildirmişdi. O, özü haqda yazdığı kitabında bu hadisədən peşman olmadığını da yazmışdı.

Publika.az xəbər verir ki, Holand "Twitter"də Kinə olan münasibətini açıqlayıb. O, irlandiyalını İraqın mərhum lideri Səddam Hüseynlə müqayisə edib:

“Mən Səddam Hüseyn kimi saqqal saxlayan bir adamı ciddi qəbul edə bilmərəm”.

Bir müddət sonra Holand yazdığını silərək başqa bir rəy yazıb:

"Əvvəlki “twit”imə görə üzr istəyirəm. Səddam Hüseynin ailəsi istəmir ki, onunla bu futbolçu arasında assosiasiya yaradaq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm