Borc içində olan çempiona tualet təmizləmək təklif olundu
Bizi izləyin

İdman

Borc içində olan çempiona tualet təmizləmək təklif olundu

1990-cı ilin dünya çempionu futbolçu Andreas Bremenin tamamilə pulsuz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bundan əlavə, məhkəmənin qərarına görə, o, 200 min avro borc ödəməlidir.

Franz Bekenbauer açıqlamasında alman futbolundakı bütün məsələlərə və bu problemə də toxunub:

“Andreas Bremeni bu durumdan çəkib çıxarmaq Almaniya futbol dünyasının borcudur”.

Alman futbolunun keçmiş oyunçularından Olivie Ştraube də bu çağırışa cavab verib. “Unteraxtinq”də oynadığı müddətdə Brehmenin yetirməsi olmuş futbolçu keçmiş baş məşqçisinə şirkətində bir iş verməyi təklif edib:

“Andreasa tualet təmizləmə bölümümüzdə bir iş verməyə hazırıq. Bununla da, alın təriylə pul qazanıb gerçək həyatla tanış olar. Cəmiyyət önündə də imicini düzəltmiş olar. Mənə elə gəlir ki, bu, comərd bir yardımdır”.

Xatırladaq ki, Andreas Breme 1990-cı ilin dünya çempionadır. Həmin mundialda o, final oyunun tək qolunun müəllifidir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm