İtki ilə üz-üzə qalan millimizin taleyi onlara tapşırıldı
Bizi izləyin

İdman

İtki ilə üz-üzə qalan millimizin taleyi onlara tapşırıldı

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da millimizlə qarşılaşacaq İtaliya yığması bu oyuna hazırlıqlarını davam etdirir.

Amma millimizdə ciddi itkilər var. Belə ki, millimizin üzvü Ruslan Əmircanov zədələndiyi üçün adı heyətdən çıxarılıb. Ruslan Abışovun da adı eyni səbəbdən heyətə salınmayıb.

Bu gün isə İtaliya - Azərbaycan oyununa təyinat alan hakim-inspektor və UEFA nümayəndəsi məlum olub. Publika.az xəbər verir ki, “Renzo Barbera” stadionunda keçiriləcək qarşılaşmanın türkiyəli hakimlərinə şotlandiyalı Alam Freland qiymət verəcək.

Avropa futbol qurumunun nümayəndəsi isə belçikalı Tis Roland olacaq.

10 oktyabr

23:45. İtaliya - Azərbaycan

Baş hakim: Hüseyn Göçek

Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Orkun Aktaş

Dördüncü hakim: Serkan Ok

Əlavə köməkçi hakimlər: Mete Kalkavan, Hakan Ceylan (hamısı Türkiyə)

Hakim-inspektor: Alan Freland (Şotlandiya)

UEFA nümayəndəsi: Tis Roland (Belçika)

Palermo. “Renso Barbera” stadionu

Xatırladaq ki, Bu hakimlər “Partizan” – “Neftçi” görüşünü də idarə ediblər.

Qeyd edək ki, Antonio Konte Mario Balotellinin İtaliya yığmasının qarşıdakı oyunlarına çağırmamasının səbəbi haqda belə danışmışdı:

“Marioya "Liverpool”da uyğunlaşması üçün bir az vaxt vermək lazımdır. Biz həm onu, həm də ölkə xaricində çıxış edən bütün italiyalıları izləyirik”. (http://publika.az/p/45852 )

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm