İdman
Çempionumuz İranda Şəhriyarın məzarını ziyarət etdi - FOTOLAR

XIV Yay Paralimpiya Oyunları zamanı Azərbaycana ilk qızıl medalı qazandıran Ramin İbrahimov təlim-məşq üçün İranda olub.
Bu zaman paralimpiyaçımız Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın məzarını ziyarət edib.
Bu barədə idmançı Publika.az-a danışıb:
“İrana başqa bir işlə əlaqədar getmişdim. Orada olarkən qədim gözəl torpaqlarımızı gəzdim, çox bəyəndim. Oradakı idmançılarla da görüşüb, məşqlər etdik.
Maraqlı bir kənd var orda. Beş min il tarixi olan Kəndovan kəndi... Tarixi bir yerdir. Təsəvvür edin, insanlar indi də orada qayadan ovulmuş daş evlərdə yaşayır.
Ən əsası, şair Şəhriyarın da məzarını ziyarət etdim. Təbrizdə olub ustad Şəhriyarın məzarını ziyarət etməmək olmaz”.
Məlumat üçün bildirək ki, Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın məzarı İranın Təbriz şəhərindəki “Şairlər məqbərəsi” (“Məqbərətul şuara”) adlı yerdədir.
Aygün İlqarqızı



-
Region02:42
Ərdoğan TRT-nin rəhbərini dəyişdirdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı