“Ramzan Kadırov” uğrunda mübarizə başlanacaq
Bizi izləyin

İdman

“Ramzan Kadırov” uğrunda mübarizə başlanacaq

Oktyabrın 11-12-də Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi altında turnirdə yığma komandanın 8 üzvü iştirak edəcək.

Heyətdə Namiq Sevdimzadə (57 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.

Turnirin proqramına əsasən, ilk gün 57, 65, 74 və 97 kiloqram, ikinci gün isə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm